Modern.az

Azərbaycanda pensiya alanların statistikası...

Azərbaycanda pensiya alanların statistikası...

Təhsil

16 Mart 2011, 11:21

Azərbaycanda 01 yanvar 2011-ci il tarixə olan statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 1 292 155 nəfər təşkil edir. Dövlət Sosial Müdafiə Fondun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, cəmi əmək pensiyası alan şəxslərin  507 790 nəfəri kişi, 784 365 nəfəri qadındır. Onlardan əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 324 745 nəfər, yaşa görə əmək pensiyası alanların sayı 831 122  nəfər təşkil edir.  Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 136 288 nəfərdir.

Qeyd edək ki, əmək pensiyası – “Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü vardır:- yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?