Modern.az

Baş redaktor millət vəklinin sözlərini yalanladı

Baş redaktor millət vəklinin sözlərini yalanladı

16 Mart 2011, 12:33

"“Azadlıq” qəzeti nə xaricdən maliyyələşir, nə də kompromat maliyyədən yararlanır”.

Bu sözləri Modern.az saytına açıqlamasında “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid deputat Fazil Mustafanının ittihamlarına cavab olaraq deyib. Baş redaktor yalnız bir cümlə ilə millət vəklinin sözlərinin yalan olduğunu bildirib.

 

Məlumat üçün qeyd edək ki, Fazil Mustafa parlamentdə real müxalifətin olmadığını deyən jurnalistlərə öz növbəsində cavab verməklə Azərbacanda həqiqi jurnalstlərin də olmadığını qeyd edib. Bundan əlavə, millət vəkili ölkədə qəzetlərin əksəriyyətinin iqtidar tərəfindən açıq və ya dolayı yolla maliyyələşdirildiyinin kimsəyə sirr olmadığını, müxalifət qəzetlərinin isə məmurların bir-birindən kompromatlarının ödənişi hesabına yaşaya bildiklərini deyib. Onun sözlərinə görə, həm xaricdən maliyyələşən, həm də kompromat maliyyədən yararlanan tək qabiliyyətli qəzet isə “Azadlıq”dır.

 

Baş redaktor müavini Şücəddin Şərifov isə bildirib ki, həmin deputatın yazısı iki saytda gedib və onların fikri o məqaləyə şərh yazanlarla eynidir.

 

Aytən ƏLİYEVA

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir