Modern.az

Azay Quliyev: “Maliyyə hesabatı verməyən QHT-lər pul ala bilməyəcəklər”

Azay Quliyev: “Maliyyə hesabatı verməyən QHT-lər pul ala bilməyəcəklər”

16 Mart 2011, 13:43

“Bir çox QHT-lər qanunlara əməl etmirlər. Hətta elə QHT-lər var ki, onların sənədləri belə düzgün deyil. Bəzi QHT-lər qrant almaq xatirinə yaranıb”. Bu sözləri bu gün keçirilən “QHT taktikası, keyfiyyət standartları və sertifikatlaşdırma modeli” mövzüsunda tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasını sədri, millət vəkili Azay Quliyev bildirib.

 

O nümunə olaraq ötən il müşahidə etdikləri faktı deyib. Belə ki, qrant almaq üçün edilən ərizə qəbulu zamanı dekabrın 28-də qeydiyytadan keçən QHT iki gün sonra ərizə ilə Şuraya müraciət edib. “Əslində bu qanun tərəfdən düzdür. Amma bu onu göstərir ki, təşkilatın oturuşmamış, tələsik layihə verməsi ancaq qrant xatirinədir”.

A.Quliyev həmçinin bildirib ki, bir çox QHT-lərdə mühasibatlıq işləri ilə bağlı ciddi problemlər mövcuddur.

Şuraya yönəlik ittihamları cavablandıran A.Quliyev vurğulayıb ki, işlərində tam şəffafdırlar və bu da göz önündədir. “Amma əgər hər hansı bir QHT özü fəaliyyətində şəffaf deyilsə, o,  hökümətdən şəffaflıla bağlı nə tələb edə bilər?”-deyə deputat vurğulayıb.

 

A.Quliyev həmçinin QHT-media məsələlərində də problemlərin olduğunu deyib. Onun sözlərinə görə, 2010-cu ildə maliyyələşdirilən 352 layihənin ən yaxşı halda 50 faizinin fəaliyyəti mətbuatda qismən işıqlandırılıb. 

 

Azərbaycanda 2 min 645 QHT-nin qeydiyyatdan keçdiyini deyən A.Quliyev onaların əksəriyyətinin maddi-texniki bazasının zəif olduğunu vurğulayıb. “Bu təşkilatların cəmi 50-nin ola bilsin ofisi var. 100 təşkilatın normal işçisi ola bilər. Bəzən rast gəlirik ki, bir mühasib 15-20 QHT mühasibatlığı məsələsini yerinə yetirir. Gələcəkdə biz  standartlara cavab verən QHT-lərlə işləməyə ustunluk verəcəyik, təbii ki burda fəallıq da nəzərə alınacaq”-deyə QHT Şurasının rəhbəri vurğualyıb ki, QHT-ləri bir-birindən fərqləndirməyin vaxtı çatıb. “Əks halda fəal QHT ilə qeyri-fəal QHT-ni bir araya qoyanda onda biz fəal QHT-lərin hüquqlarını pozmuş oluruq. Bu məsələ də öz müsbət həllini tapacaq”.

 

A.Quliyev  bütün QHT-ləri aprelin 1-nə qədər Maliyyə Nazirliyinə maliyyə hesabatı verməyə  çağırıb. Əks halda maliyyə hesabatı verməyən QHT-lərə maliyyə vəsaiti verilməyəcək.

 

“Maliyyə Nazirliyinə hesabat verilməlidir. Əgər verilməsə, ciddi məsələlər ortaya çıxacaq. Artıq layihənin reallaşmasından asılı olmuyaraq 20 QHT-nin verdiyi layihə hesabat verilmədiyi üçün geri qaytarılıb. Onların aprel ayının 1-nə kimi vaxtı var. Bu dövlətin qoyduğu qanun-qaydadı”-deyə A.Quliyev bildirib. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü