Modern.az

Hafiz Hacıyev yenə mitinq qərarı verdi

Hafiz Hacıyev yenə mitinq qərarı verdi

16 Mart 2011, 15:14

Müasir Müsavat Partiyasının dünən keçirdiyi mitinqdə polisin aksiya iştirakçılarına qarşı etdiyi zorakılıq, etikasız hərəkətlər, nalayiq sözlərlə təhqir etmə bu gün partiyanın İdarə Heyətində müzakirə edilib. Bu barədə Modern.az-a partiyanın mətbuat xidmətindən məlumat verilib. Müzakirələr zamanı dövlətin “Sərbəst toplaşmaq haqqında” qanunu pozması və ümumiyyətlə, konstitusiyaya edilən hörmətsizlik qınanılıb. Polislər tərəfindən həbs edilən partiya üzvlərinin bölmədə əl izlərinin alınmasına cəhd edilməsi məsələsi isə toplantı iştirakçılarının hiddətinə səbəb olub. “Ölkədə hökm sürən özbaşınalıq, söz azadlığına qarşı bu cür təcavüz etmək, qanunları tapdalamaq, sosial problemlərin həllində heç bir müsbət addımların atılmamasına cəhd edilməməsi, korrupsiyaya qarşı saxta mübarizənin aparılması MMP-ni məcbur edir ki,  aksiyalarını davamlı şəkildə həyata keçirsin”-deyə məlumatda deyilir. 

MMP-də yaradılmış mitinq komitəsinə aksiyaların keçirilməsi ilə bağlı tapşırıq verilib.    

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı