Modern.az

Türkiyə səfiri Azərbaycan xalqını təbrik etdi

Türkiyə səfiri Azərbaycan xalqını təbrik etdi

Təhsil

16 Mart 2011, 17:44

Türkiyәnin Azәrbaycan Respublikasındakı fövqәladә vә sәlahiyyәtli sәfiri Hulusi Kılıç Novruz Bayramı münasibətilə Azərbaycan xalqını tәbrik edib. Təbrikdə deyilir:

 

“Qardaş və dost Azərbaycan xalqını Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Novruz bayramının hər il Azərbaycan xalqı tərəfindən böyük sevinclə qarşılanması və gözəl şənliklərlə qeyd edilməsi təqdirəlayiq haldır. Artıq bu əziz günü dördüncü dəfədir doğma Azərbaycanımda sizlərlə bərabər qeyd etməkdən xoşbəxtlik və sevinc hiss edirəm.

Baharın Azərbaycanda və Azərbaycan sərhədlərindən uzaqlarda yaşayan bacı və qardaşlarıma cansağlığı, xoş güzəran, bərəkət, əminamanlıq və sevinc gətirməsini diləyirəm”. Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı