Modern.az

Azay Quliyev QHT rəhbərlərinə standartları izah edib

Azay Quliyev QHT rəhbərlərinə standartları izah edib

Qarabağ

16 Mart 2011, 17:59

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hazırladığı “QHT fəaliyyətinin keyfiyyət standartları və sertifikatlaşdırma modeli” işçi sənəd üzrə ilkin təkliflərin müzakirəsi keçirildi. Beynəlxalq Mətbuat Mərkəzində keçən tədbiri Şura sədri Azay Quliyev açaraq bildirdi ki, bu sənədin hazırlanmasının məqsədi yerli qeyri-hökumət təşkilatlarının fəaliyyətinin daha da səmərəli qurulması, idarəetmənin təkmilləşdirilməsi və QHT fəaliyyətinin beynəlxalq müstəvidə qəbul edilmiş hüquqi və etik normalara uyğun şəkildə yerinə yetirilməsində təşkilatlara yardım etməkdir.

 

A.Quliyev QHT fəaliyyətinə aid belə norma və standartlarının bir çox dünya ölkələrində, o cümlədən inkişaf etmiş dövlətlərin vətəndaş cəmiyyətlərində qəbul edildiyini vurğuladı. Şura sədrinin fikrincə, gələcəkdə QHT standartlarının qəbul edilməsi ölkədə qeyri-hökumət təşkilatlarının inkişafı və təsnifatlaşdırılması, eləcə də onların fəaliyyətində şəffaflığın artırılmasına böyük təsir edəcəkdir.

 

“QHT fəaliyyətinin keyfiyyət standartları və sertifikatlaşdırma modeli” işçi sənədini təqdim edən müstəqil ekspert İlqar Ağasıyev QHT standartlarının geniş müzakirə və dəqiqləşdirmələrdən sonra yaxın bir-iki il ərzində qəbul olunmasının mümkünlüyünü və sənəddə nəzərdə tutulan müddəaların təşkilatların formalaşması üçün vacib əhəmiyyət kəsb edəcəyini bildirdi. İ.Ağasıyevin qənaətincə, yaradılacaq yekun sənədin ciddi və işgüzar QHT-lərin hamısını qane edəcəyinə şübhə yoxdur, çünki burada aparılacaq sertifikatlaşdırma prosesi QHT-lər arasında rəqabəti gücləndirməklə bərabər onların hərtərəfli inkişafına müsbət təsir göstərəcəkdir.

 

Müzakirələrdə çıxış edən QHT rəhbərləri Davud Rəhimov, Məhərrəm Zülfüqarlı, Füzuli Rzaquliyev, Faiq İsmayılov, Səadət Bənənyarlı, Əkrəm Bəydəmirli, İsrail İskəndərov Sahib Fərzəliyev, Mahizər Xəlilova və başqaları sənədlə bağlı öz fikir və təkliflərini bildirdilər. 

“QHT fəaliyyətinin keyfiyyət standartları və sertifikatlaşdırma modeli” işçi sənədinin layihəsilə qhtxeber.az saytında tanış olmaq olar. Mail Ağaxanov

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!