Modern.az

Berluskoninin əlaqədə olduğu fahişə Hüsnü Mübarəkin qohumu imiş

Berluskoninin əlaqədə olduğu fahişə Hüsnü Mübarəkin qohumu imiş

16 Mart 2011, 19:57

st1:*{behavior:url(#ieooui) }

İtaliyanın baş naziri “mən bir ayda 33 qızla yatmaq üçün çox qocayam” deyə məhkəməyə etiraz edib

Azyaşlı fahişənin xidmətindən istifadə ediyinə görə aprelin 6-da məhkəmə önünə çıxacaq İtaliyanın baş naziri Silvio Berluskoni  La Republika qəzetinə müsahibəsində məhkəmə prosesi ilə bağlı açıqlamalar verib. 74 yaşlı Berluskoni istintaq materillarında yazılan məlumatları heyrətlə qarşıladığını deyib.  İstintaq sənədinə baş nazirin bir ay ərzində öz villasında 33 fahişə ilə yatması yazılıb. “Axı bu necə la bilər? Bir ayda 33 qız hətta 30 yaşlı gənc üçün də çoxdur. Bu həddən artıq çoxdur”-deyə baş nazir bildirib. O deyib ki, 33 qızla cinsi əlaqədə olmaq üçün çox qocadır.

Baş nazir deyib ki, özünün görüşdüyü qadın var və o heç bir halda 33 nəfərlə yatmağına imkan verməzdi. “O mənim gözümü çıxardar”-deyən baş nazir gəzdiyi qızın adını çəkməyib. .

Bu “erotik” qalmaqalda adı keçən mərakeşli Kərimə -Əl-Maruq adlı azyaşlı fahişə ilə də bağlı danışılıb. Prokurorluq hesab edir ki, Berluskoni Kərimə ilə əlaqdə olarkən qızın heç 18-yaşı olmayıb.

Berlskoni bildirib ki, Kərimə ilə tanış olduğunu həqiqətən gizlədib. Amma bunu səbəbini açıqlayarkən sensasiya yaradıb. Berluskoni deyib ki, Kəriməni Misir prezidenti Hüsnü Mübarəkin qohumu hesab edirmiş. “And içə bilərəm. Bir həftə əvəl Mübarəklə bu qız barədə 15 dəqiqə danışmışam. Tərcüməçilər də bunu təsdiq edə bilər”-deyə İtaliya baş naziri bildirib.

Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?