Modern.az

Gənclər Təşkilatları Milli Şurası beynəlxalq tədbirə hazırlaşır

Gənclər Təşkilatları Milli Şurası beynəlxalq tədbirə hazırlaşır

Qarabağ

17 Mart 2011, 11:42

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ölkə gənclərinin beynəlxalq əlaqələrinin qurulması istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Bu tədbirlərdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması əsas hədəflər sırasındadır. Təşkilatın mətbuat xidmətindən veriləb məlumata görə, Milli Şura qarşıdakı aylarda Avropa Gənclər Fondu, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə «Yerdəyişməyə məruz qalmış gənclərin Avropaya inteqrasiya prosesinə cəlb edilməsi» layihəsini həyata keçirməyə hazırlaşır. Belçika, İtaliya, Finlandiya, Latviya, Rusiya, Gürcüstan, Ukrayna, Türkiyə kimi ölkələrdən iştirakçıların  olacağı tədbirdə Gürcüstandan, Ermənistandan və Dağlıq Qarabağdan olan qaçqınların və məcburi köçkünlərin Avropa gəncləri ilə görüşlərini təşkil etmək əsas məqsədlərdəndir. Bu görüşdə Avropaya inteqrasiya prosesində yerdəyişməyə məruz qalmış gənclərin iştirakı haqda müzakirələr, onların Avropaya inteqrasiya prosesinə, vətəndaş cəmiyyətinin təşəbbüslərinə cəlb etmək, onlara birlikdə fəaliyyət göstərməkdən ötrü şərait yaratmaq, yerli gənclərlə Avropa gəncləri arasında münasibətləri genişləndirmək, təcrübə və informasiya mübadiləsi nəzərdə tutulur. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır