Modern.az

İlham Əliyev Mehriban Əliyeva ilə birgə Dövlət Bayraq Meydanında olub (FOTO)

İlham Əliyev Mehriban Əliyeva ilə birgə Dövlət Bayraq Meydanında olub (FOTO)

17 Mart 2011, 11:59


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva martın 16-da Dövlət Bayrağı Meydanının ətrafında həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış olublar. (AzərTAc).

Bu meydanda dövlət bayrağı ilk dəfə 2010-cu il sentyabrın 1-də qaldırılıb. 2010-cu il noyabrın 9-da isə Azərbaycanda ilk dəfə qeyd edilən Bayraq Günü münasibətilə təşkil olunan mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Muzeyinə baxış keçirib və Bayraq Meydanının ətrafında tikinti-quraşdırma işlərinin davam etdirilməsi ilə bağlı tapşırıqlarını verib. Burada görülən işləri daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev martın 9-da Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirdiyi müşavirədə nadir memarlıq abidəsi olan Bayraq Meydanının müstəqilliyimizin rəmzi olduğunu vurğulayaraq bu layihəyə böyük diqqət göstərildiyini bildirib.
Həmin müşavirədə sahəsi 6 hektar olan Dövlət Bayrağı Meydanının ətrafında aparılan böyük quruculuq, abadlıq işlərinə toxunan Prezident meydanın ətrafındakı 60 hektar ərazidə parkların, bulvarın, istirahət və gəzinti yerlərinin salınması ilə əlaqədar işlərin getdiyini deyib və layihənin bu ilin sonuna qədər başa çatacağına ümidvar olduğunu bildirib.

Bayraq Meydanının ətraf ərazilərində görülən işlərlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə ətraflı məlumat verilib.
Dövlət başçısı və xanımı Bayraq Meydanından şəhərin panoramını seyr ediblər.
Ərazidə aparılan abadlıq və quruculuq işləri ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

Modern.az
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir