Modern.az

Vəzifəli şəxs Heydər Əliyev prospektində ağacları kəsdiyinə görə cərimələnib

Vəzifəli şəxs Heydər Əliyev prospektində ağacları kəsdiyinə görə cərimələnib

Təhsil

17 Mart 2011, 12:05

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Zərdab şəhər Kommunal Müəssisələri Kombinatının direktoru Abuzər Mikayılova qarşı vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimə tətbiq olunub. Buna səbəb kimi şəhərin Heydər Əliyev prospektində aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar yaşıllıq zolağında olan şam ağaclarının qanunsuz olaraq kəsilməsi göstərilib. Faktla bağlı nazirliyin əməkdaşları tərəfindən müvafiq protolok tətbiq edilib və ərazidə qanunsuz kəsilən ağacların sayından 10 dəfə çox yeni ağacların əkilməsi üçün Kommunal Müəssisələri Kombinatına bir ay müddətinə “məcburi göstəriş” verilib.

 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə faktla bağlı ilkin məlumat Zərdab şəhər sakini Əlayib Həsənov tərəfindən verilib.

  

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü