Modern.az

Sabah Milli Məclisdə İTV-nin Yayım Şurasının tərkibi dəyişdiriləcək

Sabah Milli Məclisdə İTV-nin Yayım Şurasının tərkibi dəyişdiriləcək

17 Mart 2011, 12:38

Sabah Milli Məclisin növbəti iclası keciriləcək. İclasın gündəliyində səkkiz məsələ müzakirə

çıxarılacaq. Bu barədə Modern.az saytına Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib. Onun sözlərinə görə, İctimai Televiziya və Radio Yayımları Şurasının tərkibinin dəyişməsi ilə bağlı məsələ gündəlikdə olan birinci məsələdir.

A.Təvəkküloğlu deyib ki, ümumilikdə gündəliyə səkkiz məsələ daxildir: ““Qaz təchizatı, Su təchizatı və tullantılar haqqında” qanuna əlavə və dəyişiklikər olacaq. Bundan başqa, “Dövlət rüsümu haqqında” “Konstitusiya məhkəməsi” haqqında qanuna, “Əmək pensiyası haqında” qanuna, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanuna, “Prokurorluq haqqında” qanuna da əlavə və dəyişikliklər olacaq".  

  

Xatırladaq ki, Milli Məclisin Mədəniyyət Komitəsinin ötən həftə keçirilmiş iclasında İctimai Televiziya və Radio Yayımları Şurasının üzvlüyünə  Həmkarlar İttifaqı Konfederasiyadan Aqil Dadaşov və Əli Cəfərov, AMEA-dan Muxtar İmanov, Mətbuat Şurasından isə Cahangir Məmmədli və Zaur Babayevin namizədliyi irəli sürülüb. 

Əvvəlki üzvlərin 6 illik səlahiyyət müddəti 2011-ci ilin martın 15-də başa çatıb.

Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?