Modern.az

Azərbaycanda ən operativ mətbuat xidməti müəyyənləşdirildi (SİYAHI)

Azərbaycanda ən operativ mətbuat xidməti müəyyənləşdirildi (SİYAHI)

Qarabağ

17 Mart 2011, 13:01

Söz Azadlığını Müdafiə Fondu (SAMF) “Ən operativ mətbuat xidmətlərinin müəyyən olunmasi”nı aydınlaşdıran ənənəvi rəy sorğusununa yekun vurub. Xatırladırıq ki, tədbir SAMF-ın 25 noyabr 2009-cu il tarixində ilkin mərhələ kimi başladığı “KİV və mətbuat xidmətləri: mövcud vəziyyət və strateji inkişaf istiqamətləri” mövzusunda reallaşdırdığı dəyirmi masanın müzakirələrinin davamı olaraq həyata keçirilib. Bu barədə qurumdan Modern.az-a məlumat verilib.

İkinci dəfə sorğunun keçirilməsində məqsəd də SAMF-ın bu istiqamətdə başladığı tədbirlərin davamı olaraq - öz üzərlərinə düşən həssas və məsuliyyətli bir vəzifəni hüquqi, demokratik dövlət idarəçiliyi prizmasından yerinə yetirən mətbuat xidmətlərini media təmsilçilərinin rəyi əsasında müəyyən etmək, onların adlarını geniş ictimaiyyətə açıqlamaq, bununla da mətbuat xidməti institutları əməkdaşlarının işlərinə daha tələbkar və məsuliyyətli yanaşmalarına,  eləcə də  jurnalistlərin peşə fəaliyyəti zamanı üzləşdikləri əsassız maneələrin aradan qaldırılmasına yardımçı olmaqdır. Sorğu zamanı həmçinin mövcud media qanunvericiliyinə münasibət də öyrənilmişdir.

KİV-lərdə çalışan 500 media təmsilçisi arasında aparılan rəy sorgusu fondun könüllüləri tərəfindən  həyata keçirilmişdir.

Sorğuda iştirak edənlərin 64,1 %-ini kişi, 35,9 %-ini isə qadın media təmsilçiləri təşkil edib.

Respondentlərin yaş fərqi də müxtəlifdir. Belə ki, onların 15,4 %-i 18-24, 52,7 %-i 25-34, 21,6 %-i 35-44, 6,4 %-i 45-54, 1,1 %-i 65-74,  2,8 %-i 55-64 arası yaşında media təşkilatlarında çalışan jurnalistlərdir.

Sorğu anketinin mətbuat xidmətlərinin fəaliyyəti ilə bağlı “Dövlət orqanlarının mətbuat xidmətlərinin fəaliyyəti sizi qane edirmi” ümumi istiqamətli ilk sualına rəyi soruşulan jurnalistlərin 21,6 %-i “bəli”, 48,2 %-i “qismən”, 28,6 %-i “xeyr”, 1,6 %-i “deyə bilmərəm” cavabını verib.

“Dövlət orqanlarının mətbuat xidmətlərində informasiya açıqlığı necə təmin olunur” sualını cavablandıran respondentlərin 23,0 %-i “yaxşı”, 27,7 %-i “pis”, 45,1 %-i “orta səviyyədə”, 4,2 %-i “deyə bilmərəm” qeyd ediblər.

“İnformasiyanın ötürülməsində operativliyi hansı mətbuat xidmətlərində müşahidə edirsiniz” sualında cavablar ayrı-ayrı mətbuat xidmətlərinin fəaliyyəti ilə bağlı konkret dəyərləndirmələr tələb edib.  Burada ilk üçlüyə 12,6 %-lə XİN, 6,2 %-lə ARDNŞ, 5,8 %-lə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətləri layiq görülüblər. Sonrakı yerlərsə aşağıdakı şəkildə bölüşdürülüb: DSMF 4,1 %, FHN 3,9 %, TQDK 3,7 %, DİN 2,9 %, Respublika Prokurorluğu 2,6 %, MTN 2,6 %, Milli Məclis 2,3 %, Diaspora üzrə DK  2,3 %, ETSN 2,2 %, Təhsil Nazirliyi 2,0 %, İİN 2,0%, Maliyyə Nazirliyi 2,0 %, Vergilər Nazirliyi 1,9 %, ƏƏSMH 1,8 %, Müdafiə Nazirliyi 1,8 %, MSK 1,6 %, Mədəniyyət və Turizm Nazirliyi 1,2 %, Prezident Adminstrasiyası 1,2 %, DQİDK 1,1 %, GİN 1,0 %, Səhiyyə Nazirliyi 1,0 %, SPMDA 1,0 % və Konstitusiya Məhkəməsi 1,0 %. Pespondentlərin 7,0 %-i “heç biri”, 10,2 %-i “bilmirəm, deyə bilmərəm, çətinlik çəkirəm” cavablarını verib. Qeyd edək ki, respondentlərin 11,1 % digər strukturların adlarını qeyd ediblər.

 Respondentlərə ünvanlanan suallardan biri “İnformasiya alınması prosesində mövcud hüquqi normativ aktları təkmil hesab edirsinizmi” idi. Onların 32,8 %-i bu suala “bəli”, 44,5 %-i “qismən”, 19,0 %-i “xeyr”, 3,7 %-i “deyə bilmərəm” cavabını verib.

Mətbuat xidmətlərinin fəaliyyətinə mane olan səbəbləri şərtləndirən “Fikrinizcə, hansı amillər mətbuat xidmətlərinin aktiv fəaliyyət göstərməsinə mane olur” sualını cavablandırarkən bu səbəbi media mənsublarının 36,1 %-i onların “təmsil etdikləri təşkilatların rəhbərləri”ndə, 34,4 %-i “xidmət rəhbəri vəzifələrinə qeyri-peşəkarların təyinatı”nda, 10,0 %-i “lurnalistlərin qeyri-peşəkarlığında”, 17,5 %-i “bu səbəblərdən heç biri”ndə, 1,9 %-i “başqa səbəblər”də axtarıblar. 

“Konkret olaraq 2010-cu ildə hansı dövlət orqanlarının mətbuat xidmətinin fəaliyyətini qənaətbəxş hesab etdiniz” sualının cavabında isə birinci üçlüyü 15,1 %-lə XİN, 9,3 %-lə ARDNŞ, 8,2 %-lə TQDK qazana bilib. Sonrakı yerlərsə aşağıdakı qaydada bölüşdürülüb: Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 6,2 %, DSMF 5,4 %, FHN 5,1 %, DİN 3,8 %, Müdafiə Nazirliyi 3,0 %, MTN 3,0 %, ETSN 3,0%, Təhsil Nazirliyi 2,7 %,    İİN 2,0 %, Maliyyə Nazirliyi 2,0 %, Diaspora üzrə DK 1,8 %, ƏƏSMN 1,7 %, Milli Məclis 1,5 %, Mədəniyyət və Turizm Nazirliyi 1,5 %, MSK 1,5 %, Vergilər Nazirliyi 1,5 %, Prezident Administrasiyası 1,4 %, SMPDA 1,1 %, Yol Polisi 1,1 %, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi 1,1 %, Konstitusiya Məhkəməsi 1,1 %, Səhiyyə Nazirliyi 0,9%. 1,4 % respondent “heç biri”, 14,0 % isə “bilmirəm” yazmaqla bu suala öz münasibətini bildirib.  

Bu sahədə illərin müqayisəsini aparmağa imkan verəcək “2008-cu illə müqayisədə 2010-cu ildə mətbuat xidmətləri – KIV münasibətlərində dəyişiklik hiss etdinizmi” sualını cavablandıran respondentlərin 31,1 %-i hesab edib ki, bu “əməkdaşlıq genişlənib”, 12,9 %-i hesab edib ki, əksinə “əməkdaşlıq daha da pisləşib”, 56,0 % hesab edib ki, “fərq hiss olunmur”.

“Fikrinizcə, dövlət orqanlarının mətbuat katibinin təyinatı zamanı hansı keyfiyyətlərə üstünlük verilməlidir”. Rəyi soruşulan media təmsilçilərinin 38,5 %-i düşünür ki, bununçün “jurnalistika sahəsində peşəkarlıq” əsasdır. 25,5 %-i bunu “ünsiyyət qurmaq bacarığı”, 22,8 %-i “təmsil etdiyi sahədə peşəkarlığı”, 10,5 %-i “jurnalist təhsilli olması” kimi xarakterizə edib. 2,8 % isə suala cavab verməkdə çətinlik çəkdiyini bildirib.

“Mətbuat xidmətlərinin müasir informasiya texnologiyalarının tətbiqi səviyyəsi”nə gəlincə isə, bu amili 10,4 % “əla”, 36,4 % “yaxşı”, 37,8 % “kafi”, 12,6 % “qeyri-kafi” dəyərləndirib, 2,8 % isə qiymətləndirməkdə çətinlik çəkib.

Bu sualın bir növ davamı olaraq “Dövlət qurumlarının mətbuat xidmətlərinin təmsil etdiyi təşkilatların fəaliyyətinin ictimaiyyətə çatdırılma səviyyəsini necə qiymətləndirirsiniz” sualına cavablarsa aşağıdakı kimi olub: 9,8 % (əla), 28,9 % (yaxşı), 45,1 % (kafi), 13,4 % (qeyri-kafi). 2,8 % isə cavab verə bilməyib.

“Medianın inkişafına dövlətin maddi və mənəvi dəstəyini necə qiymətləndirirsiniz” sulının cavablandıran respondentlərin heç biri bu köməkliyi nə “zəif”, nə də “əla” səviyyədə qiymətləndirməyib. Onların 93,6 %-i bu dəstəyin “orta səviyyədə” olduğunu, 6,4 faizi isə cavab verməkdə çətinlik çəkdiyini qeyd edib.  

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir