Modern.az

Mİlli Məclis köçkünləri sevindirib

Mİlli Məclis köçkünləri sevindirib

Təhsil

17 Mart 2011, 13:14

Milli Məclisin bir qrup nümayəndəsi Novruz bayramı münasibəti ilə Qobustan  rayonunda məskunlaşmış Laçın, Cəbrayıl, Ağdam, Kəlbəcər, Xocalı, Şuşa və Füzuli rayonlarından olan məcburi köçkünlərə baş çəkiblər. Milli Məclisin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, nümayəndə  heyətini  rayon icra  hakimiyyətinin  rəhbərliyi  qarşılayıb. Qobustan rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüş olub. Çıxış edən Milli Məclisin işlər müdirinin müavini Şadət Nağıyev Milli Məclisin sədri Oqtay Əsədovun salamlarını məcburi köçkünlərə çatdırıb, Novruz bayramı münasibətilə Milli Məclisin rəhbərliyi  və  deputatları  adından onları təbrik edib.  Bildirib  ki,  ölkə Prezidenti İlham Əliyev qaçqın və məcburi köçkünlərin  problemlərinə həmişə diqqət və qayğı ilə yanaşır. Söhbət zamanı ölkə prezidentinin rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunacağına inam ifadə edilib.

Rayon icra  hakimiyyəti  başçısının müavini Füzuli Güləliyev rayonda məskunlaşmış 166 məcburi  köçkün  ailəsinə  göstərilən  daimi diqqət  və qayğıya  görə  təşəkkürünü  bildirib. 

Tədbirdə çıxış edən məcburi köçkünlər əziz  bayram  günlərində  onlara  göstərilən  diqqət  və  qayğıya görə ölkə rəhbərliyinə minnətdar  olduqlarını və Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində tezliklə öz doğma yurd-yuvalarına qayıdacaqlarına əminliklərini bildiriblər.

Sonda məcburi köçkün ailələrinə bayram sovqatı paylanıb.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır