Modern.az saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə, İran Aviasiya və Kosmos Sənayesi tərəfindən “uçan boşqab” formasında hava layneri hazırlanıb. Uzaqdan idarə edilə bilən “boşqab” İranın dini lideri Ayətullah Əli Xameneyinin istifadəsinə verilib. Uçan obyektdən müşahidə və kəşfiyyat məqsədləri üçün istifadə ediləcək. “Uçan boşqab”da avtomatik pilot sistemi ilə GPS və 10 megapikselli görünüş sistemi var. "Zuhal" adlı “böşqab” aldığı görüntüləri anında yerdəki əmr mərkəzinə göndəmək imkanına malikdir. Bu “boşqab” açıq havada olduğu kimi, bağlı otaqda da ucmaq imkanına malikdir.
Modern.az