Dünyanın bəzi alimləri insanları mart ayının 19-da diqqətli olmağa çağırıb. Belə ki, bu tarixdə Ay 18 ildən sonra Yerə ən yaxın məsafədə olacaq. Modern.az saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ayın yerə yaxınlaşması təbii fəlakətlərlə nəticələnəcək.
Ay 19 martda Yerin sadəcə 356 min 578 kilometr məsafəsindən keçəçək. Bəzi elm nümayəndələri hesab edir ki, bu hadisə dünyanın dörd bir yerində şiddətli təbii fəlakətlərə - zəlzələ, və sunamilərə səbəb olacaq.
Ayın yerə bu məsafədə yerə yaxınlaşması 1955-ci, 1974-cü, 1992-ci və 2005–ci illərdə olub. Və həmin illərdə təbii fəlakətlər baş verib.
Modern.az