Modern.az

Maliyyə Nazirliyi jurnalist evlərini tikmək üçün pulu hesaba köçürüb

Maliyyə Nazirliyi jurnalist evlərini tikmək üçün pulu hesaba köçürüb

17 Mart 2011, 15:59

Maliyyə Nazirliyi:“Evlərin tikilməsi üçün vəsait hesaba mərhələlərlə köçürüəcək

 

Maliyyə Nazirliyi jurnalistlər üçün tikiləcək mənzillərin sənədlərinin hazırlanması üçün lazım olan pulu artıq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun hesabına köçürüb. Bu barədə Modern.az-a Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev məlumat verilib.

Mais Piriyev bildirib ki, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna onun sifarişinə əsasən layihə-smeta sənədlərinin hesablanması üçün illik vəsaiti - 60 min156 manatı artıq ayırıb. “İşin icrasına uyğun olaraq vəsaitin ödənilməsi müvafiq qaydada, mərhələli şəkildə həyata keçiriləcək”-deyə mətbuat xidmətindin rəhbəri bildirib.

Qeyd edək ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli saytımıza verdiyi son məlumatda bildirmişdi ki, yaxın günlərdə jurnalistlər üçün tikiləcək binanın təməli qoyulacaq. Onun sözlərinə görə, bununla bağlı eskiz sənədləri də təsdiq edilib. “Binanın yaxın günlərdə təməli qoyulacaq. Bunlarla bağlı eskiz sənədlər təsdiq olunub. Mənzillər 2 il müddətində hazırlanaraq təmirli halda jurnalistlərə veriləcək”-deyə V.Səfərli bildirib.

Prezident İlham Əliyev ötən il jurnalistlərin mənzil-məişət problemlərinin həlli üçün sərəncam imzalayıb. Binaların tikintisi üçün 5 milyon manat pul və Bibiheybət məscidi yaxınlığında torpaq sahəsi ayrılıb.  Həmin ərazidə Dövlət Neft Şirkəti də öz işçilərinə yaşayış şəhəırciyi salmağı planlaşdırıb Aytən Əliyeva

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir