Bu gün qoşunların təmas xəttində - Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndində əsirlərin dəyişdirilməsi prosesi keçirilib. Azərbaycandakı bir mülki erməni əsiri düşmən tərəfində olan bir azərbaycanlı hərbi əsirlə dəyişdirlib.
Modern.az-ın məlumatına görə, erməni əsirliyində olan çavuş Anar Hacıyev artıq Azərbaycan tərəfinə təhvil verilib. Bu barədə Beynəlxaq Qırmızı Xaç Komitəsindən məlumat verilib.
Əvəzində qarşı tərəfə Azərbaycanda saxlanılan Ermənistan vətəndaşı Artur Badalyan qaytarılıb. Əməliyyatda Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvləri və hərbçilər iştirak ediblər. Beləliklə Ermənistanda bir Azərbaycan hərbçisi əsirlikdə qalıb. Bu, Milli Ordunun kiçik çavuşu Roman Hüseynovdur. O, ötən il avqustun 27-də Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb. Azərbaycanda isə hazırda 8 Ermənistan vətəndaşı əsir və girovluqdadır. Modern.az