“AXCP Liberal Partiyasının müraciətinə baxacaq”.Bu barədə Modern.az saytına AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı Azərbaycan Liberal partiyasının (ALP) onlara ünvalamaq istədiyi əməkdaşlıqla bağlı müraciəti şərh edərkən bildirib.
Onun sözlərinə görə, hələlik bu təkliflərlə bağlı hər hansı fikir söyləmək mümkün deyil.
“Qeyd edim ki, hələlik bizə belə bir müraciət daxil olmayıb. Bu baxımdan əməkdaşlıq təklifini qəbul etməklə bağlı hansısa fikir söyləmək məncə, düzgün olmazdı”.
F.Qəhrəmanlı qeyd edib ki, ALP ilə birgə əməkdaşlığın qurulması onların göndərəcəkləri müraciətdən asılı olacaq: “Əvvəl gözləmək lazımdır məktub gəlsin. Məktubdan sonra hansı məsələlərin qoyulduğu, əməkdaşlığın formasının və onların məqsədlərin nədən ibarət olduğu aydın bilinsin və bundan sonra bu məsələləri müzakirə edib, müvafiq münasibət bildirmək olar”.
Qeyd edək ki, dünən Modern.az saytına ALP sədri Əvəz Temirxan yaxın günlərdə AXCP və Müsavat Pariyasına əməkdaşlıqla bağlı məktubla müraciət edəcəklərini bildirib.
Modern.az