Məktəblilərin yaz tətili başladı. Bakı Şəhəri üzrə Təhsil İdarəısindən verilən məlumata görə, martın 17 - si məktəblilərin ilk tətil günüdür. Tətil günləri 17 – 28 mart tarixlərini əhatə edəcək.
Qeyd edək ki, beş günlük iş qrafiki ilə işləyənlər üçün tətildən sonra ilk dərs günü martın 28 - i, 6 günlüklər üçün isə mart ayının 26 – sıdır. Bu dəyişiklik isə Nazirlər Kabinetinin Novruz bayramı ilə bağlı qərarına müvafiqdir.
Azərbaycanda Novruz bayramı ilə əlaqədar 9 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarına əsasən, martın 20-dən 24-dək rəsmi bayram günləridir. Martın 20-si bazar gününə düşdüyündən, martın 25-i qeyri-iş günü hesab olunur.
Təqvimə əsasən, martın 26-sı şənbə, 27 -i isə bazar günləridir. Beşgünlük iş həftəsi olanlar 9 gün - martın 19-dan 27-dək işləməyəcəklər. Altıgünlük iş həftəsi olanlar 8 gün - martın 20-dən 27-dək işləməyəcəklər
Bununla da Novruz bayramı ilə əlaqədar olaraq Azərbaycanda 9 gün qeyri-iş günü sayılır.
Modern.az