Bu gün axşam İrəvanda müxalifətin iri miqyaslı etitaz aksiyası təyin edilib. Modern.az-ın məlumatına görə, Erməni Milli Konqresinin təşkilatçılğı ilə keçirilən mitinqə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan rəhbərlik edəcək. “Radio Rossiya”nın verdiyi məlumata görə, etiraz aksiyası ölkə daxilində ictimai-siyasi vəziyyəti dəyişməyə yönəlib və uzunmüddətli xarakter ala bilər.
Rəsmi İrəvan artıq şəhərə gələn yolları bağlamağa başlayıb. Ətraf rayonlardan minlərlə Ter-Petrosyan tərəfdarları İrəvana axışır.
Siyasi islahatlar tələb edən müxalifət Sərkisyan hakimiyyətini istefaya getməsini tələb edir. Modern.az