Modern.az

Jurnalistlərin mükafatlandırma mərasimi başlanıb

Jurnalistlərin mükafatlandırma mərasimi başlanıb

Təhsil

17 Mart 2011, 18:21

“Sarı Gəlin” restoranında KİVDF-nin fərdi jurnalist yazılarının qaliblərinin mükafatlandırılması mərasimi başlanıb. Modern.az-ın mərasimdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, 21 qalibin dəvət olunduğu tədbirə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov,

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli,

Mətbuat Şurasının sədri Əflatun Amaşov, aparıcı qəzetlərin baş redaktorları, tanınmış jurnalistlər iştirak edir.

Tədbirdən əvvəl jurnalistlərin suallarını cavablnadıran Əli Həsənov bildirib ki, mətbuatın inkişafında Fond xeyli iş görüb. “Fondun fəlaiyyəti nəticəsində medianın maddi –texniki bazası yaradılıb”-deyə Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb.  Ə.Həsənov həmçinin deyib ki, bu günkü müsabiqəyə təqdim edilmiş jurnalist yazıları içindən ən layiqliləri seçilib və mükafatlandırılıb.  Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?