Prezident Administrasiyasının ictimai –siyasi şöbəsinin müdiri Əli Həsənov Ağdamda 9 yaşlı Fariz Bədəlovun erməni əsgərləri tərəfindən öldürülməsini beynəlxalq təşkilatların araşdırdığını bildirib. Jurnalistlərə açıqlamasında Ə. Həsənov Ermənistan prezidenti Serj Sərkisyanın Fariz Bədəlovun ermənilər tərəfindən qətlə yetirilməsini təkzib etməsini qəzəblə qarşılayıb.
“O bu qətli necə təkzib edə bilər? Qətl faktı ortadadır. Ermənilər uşaq qatilləridir və buna görə cavab verməlidirlər. Hazırda beynəlxalq təşkilatlar da bu cinayəti araşdırır”-deyə PA rəsmisi vurğulayıb. Modern.az