ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza və xanımı Zeyno Baran qızları Maya Brayza ilə birlikdə Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib. Modern.az saytı xəbər verir ki, səfir M.Brayza öz iqamətgahında Novruzla əlaqədar bayram mərasimi təşkil edib. Səfir tədbirdə Novruzun bütün qaydalarına əməl edib. Burada səfir tonqalın üstündən atlanıb, yumurta döyüşdürüb.
Daha sonra M. Brayza jurnalistlərə açıqlamasında bildirib ki, ailəsi ilə birgə Azərbaycan torpağına qədəm qoyduğu andan isti münasibət görüb. “İlk Novruz bayramını burda sizinlə keçirməkdən çox məmnunuq” deyə səfir qeyd edib.
Modern.az