Millət vəkilli Qənirə Paşayeva və bir qrup ziyalı Novruz bayramı münasibətilə Tovuzda keçirilən tədbirlərdə iştirak edib. Qonaqlar Ermənistanla sərhəddə xidmət keçən əsgərlərimizlə də görüşüb, onların bahar bayramını təbrik ediblər. Həmcinin “Qarabağ İctimai Forumu”nun təşkilatçılığı ilə şair Balayar Sadiqin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyat yolundan bəhs edən “Hünər simfoniyası” adlı kitabının təqdimatı keçirilib. Millət vəkili Qənirə Paşayeva gənc nəslin, xüsusilə də müharibə dövrünü görməyən gənclərin vətənpərvərlik ruhunda böyüdülməsində Mübariz İbrahimov qəhrəmanlığının böyük rolu olduğunu söyləyib. Bayramı əsgərlərlə birgə keçirmələrindən, onlarla görüşdən məmnun olduğlarını bildiriblər və bunun hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayıblar. Modern.az