Rezidenturaya qəbul qaydaları, qəbul proqramları və model testlər nəşr edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə, rezidenturaya qəbul qaydaları qəbul proqramları test tapşırığı nümunələri Azərbaycan və rus dillərində çap olunub.
Rezidentura səviyyəsi üzrə ixtisasları necə seçməli və imtahana hansı fənlərin proqramları əsasında hazırlaşmalı kimi suallara cavab tapmaq üçün ilk növbədə “Rezidentura” jurnalını əldə etmək və burada verilmiş "Rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli" ilə diqqətlə tanış olmaq lazımdır.
Qeyd edək ki, bu materiallar TQDK tərəfindən yaradılmış Səhiyyə Nazirliyinin və Tibb Universitetinin mütəxəssislərindən ibarət işçi qruplarında hazırlanıb.
Buraxılışda bütün ixtisaslar üzrə rezidenturaya qəbul proqramları təqdim edilib. Proqramlar baza ali tibb təhsili səviyyəsinin istiqamətləri üzrə qruplaşdırılaraq verilib.
Modern.az