ASDP müxalifətin mitinqinə qoşulmayacaq
Azərbaycan Sosial-Demokrat Partiyası müxalifət partiyalarının aprelin 2-nə təyin etdiyi mitinqə qoşulmayacaq. Bu barədə Modern.az-a açıqlamasında partiyanın həmsədri Araz Əlizadə bildirib. Onun sözlərinə görə, sağ müxalifətin təşkil etdiyi aksiyaları qeyri-ciddi hesab edir. “Bizim onların aksiyalarına qoşulmaq niyyətimiz yoxdur və partiyada bununla bağlı hər hansı müzakirələr aparılımır”-deyə ASDP sədri bildirib.
Ölkədə sol quvvələrin interqrasiya problemlərinin olduğunu etiraf edən A.Əlizadə vurğulayıb ki, belə pərakəndəlik solçu partiyaların hər hansı birliyini yaratmağa imkan vermir. “Vaxtilə “Sosialist Azərbaycanı” blokunda biz, kommunistlərdən Müsa Tükənov və mərhum Ramiz Əhmədovla təmsil olunmuşduq. Amma alınmadı”-deyə o, vurğulayıb.
A. Əlizadə ASDP-nin bundan sonra hər hansı bir birliyə qoşulacağını istisna edib. Modern.az