Modern.az

Şeyxin səfərinin yekunları...

Şeyxin səfərinin yekunları...

Təhsil

18 Mart 2011, 11:46
Martın 15-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasıyasının Kabarda-Balkar, Qaraçay-Çərkəz, Şimali Osetiya-Alaniya Respublikalarına 3 günlük işgüzar səfərə gedib.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, səfərin ilk günü Kabarda-Balkar Respublikasının paytaxtı Nalçik şəhərinə gedən Şeyxüsislam ilk olaraq dini-tədris kompleksinin təməl qoyma mərasiminə qatılıb. A.Paşazadə çıxışında qafqazlı gənclərin öz vətənlərində dini təhsil alması üçün belə tədris müəssisəsinin yaradılmasından olduqca fərəhləndiyini bildirib.  

Təməlqoyma mərasimindən sonra şeyxin başçılıq etdiyi nümayəndə heyəti Kabarda-Balkar Respublikası müsəlmanlarının Dini idarəsinin VI növbədənkənar qurultayının işinə qatılıb. 600-dən artıq nümayəndənin qatıldığı qurultayda əsas gündəlik məsələ respublikanın yeni müftisinin seçimi olub.  

Martın 16-da isə Şeyxülislamın başçılıq etdiyi nümayəndə heyəti Qaraçay-Çərkəz müsəlmanlarının VIII hesabat-seçki qurultayının işinə qatılıb. 400-dən çox iştirakçının olduğu qurultayda çıxış edən Allahşükür Paşazadə Qafqaz əhəmiyyətli məsələlər, o cümlədən Azərbaycanın 20 faiz torpağının işğalının davam etməsi, Qarabağ torpağında hələ də dinc insanların qanının axıdılması barədə fikirlərini də bölüşüb.   

Daha sonra Şimali Osetiya-Alaniya Respublikasına gedən  A. Paşazadə martın 17-də Vladiqafqazda yaşayan azərbaycanlılarla görüşüb və Şimali Osetiya-Alaniya müsəlmanlarının qurultayının işinə qatılıb.   Qurultaydan sonra Şimali Osetiya-Alaniya Respublikasının başçısı Teymuraz Mamsurov Şeyxülislam A. Paşazadə başda olmaqla Şimali Qafqazın din xadimlərini qəbul edib.  

 Modern.az
                
Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?