Modern.az

Davudoğlu vurulan Rusiya təyyarəsi üçün "təlimatı mən verdim" sözlərini yenilədi

Davudoğlu vurulan Rusiya təyyarəsi üçün "təlimatı mən verdim" sözlərini yenilədi

Aktual

13 Yanvar 2017, 13:24

2014-2016-cı illər illər arasında Türkiyədə hakim AKP-yə rəhbərlik etmiş və Baş nazir olmuş Əhməd Davudoğlu dövlət çevrilişinə cəhdlə bağlı yaradılmış komissiyanın suallarına 71 səhifəlik yazılı bir cavab verib. Rusiya təyyarəsini vurub yerə salan türk pilotun Fətullah Gülənlə əlaqəsinin olmadığı haqda bilginin ona Baş Qərargah rəisi Hulusi Akar tərəfindən çatdırıldığını qeyd edən Davudoğlu onu da bildirib ki, həmin təyyarə ilə bağlı təlimatı özünün verdiyini xatırladıb.

Modern.az xəbər verir ki, Əhməd Davudoğlu komissiyaya göndərdiyi məktubunda bildirib ki, tapşırığını verdiyi qaydalar Rusiya daxil heç bir ölkəni hədəf almayıb:

 

“Ancaq eyni qaydalar hansı ölkədən olursa-olsun, müharibə şərtləri daxilində hava məkanımızı pozan bütün hava vasitələrini əhatə edib”.

 

Ə.Davudoğlu daha sonra bildirib:


“Bu hadisədə təyyarəni vurub salan pilotun Gülənlə əlaqəli olub-olmadığına gəlincə, bir nazir, Baş Qərargah rəisi və ya Hava Qüvvələri komandanının verdiyi təlimatın hansı əsgərimiz tərəfindən harada və nə vaxt tətbiq olunacağı məsələsini nəzərdə tutması mümkün deyil.

Baş qərargah rəisimiz daha sonrakı görüşümüzdə pilotun keçmişini və ilikkilərini araşdırdıqlarını və konkret bir əlaqə aşkar olunmadığını bildirdi".

 

Davudoğlu təyyarənin düşürüldüyü gün baş verənləri belə qeyd edib:

"24 Noyabr 2015-ci il tarixi 64-ci Türkiyə Cümhuriyyəti Hökumətini qurmaq üçün cənab Prezidentimiz ilə saat 11.00-da görüşümün olduğu gündür. Nazirlər Kabineti siyahısını tamamlayıb görüşə getməyə hazırlaşanda, təqribən saat 09.45 radələrində Baş Qərargah rəisimiz telefonla məni arayaraq, Yayla dağı sərhədinə yaxın bir bölgədə, Bayırbucak türkmənlərinə doğru hava hücumu edən bir təyyarənin bütün xəbərdarlıqlara baxmayaraq, hava sahəmizi təhlükəli bir şəkildə pozduğunu bildirdi.

Bu səbəbdən də sərhədlərimizi qoruyan təyyarələrimizin həmin uçğı vurub salmaq məcburiyyətində qaldığını söylədi. Ondan təyyarənin kimə məxsus olduğunu soruşanda isə təyyarənin kimlik bildirmədən sərhəd pozuntusu etdiyini, ancaq Rusiya təyyarəsi olma ehtimalından şübhələndiyini dedi. Baş Qərargah rəisimizə xarici işlər naziri və MİT müştəşarı ilə dərhal bir araya gələrək, vəziyyət haqqında qəti bir hesabat hazırlamaq, başda Rusiya olmaq üzrə aparılacaq diplomatik və hərbi təmasları planlaşdırmaq və cənab Prezidentimizə bilgi çatdırmaq barədə tapşırıqlar verdim.

 

Bundan başqa, cənab Prezidentimiz ilə görüşəcəyimi və məsələni onunla müzakirə edəcəyimi, o vaxta qədər təyyarənin mənsubluğu ilə bağlı açıqlama verməməsini, əgər Rusiya təyyarəsi olduğu dəqiqləşsə, Rusiya Federasiyası rəhbərliyinin bunu ilk olaraq Hökumətimizdən duyması lazım olduğunu dedim".



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?