Modern.az

Baş Prokurorluq korrupsiyaya dair yeni açıqlama verəcək

Baş Prokurorluq korrupsiyaya dair yeni açıqlama verəcək

Təhsil

18 Mart 2011, 16:30

Baş Prokukorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi yaranandan bu günə kimi 385 cinayət işinə baxılıb.

Modern.az saytının məlumatına görə, bu barədə Baş Prokukorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki,  rəhbərlik etdiyi idarə 2004-cü ildə yaradılıb və həmin vaxtdan bu günə kimi 385 cinayət işinə baxılıb.

“İndiyə qədər 698 cinayət işinə cəlb edilən olunan olub. Son 70 cinayət işi artıq icraatdadır. 16 cinayət işi ilə bağlı 30 nəfərin məsələsi məhkəməyə göndərilib. “Qaynar xətt” yaradılandan sonra isə idarəyə 747 vətəndaş müraciət edib”.

K.Əliyev bildirib ki, daxil olunan şikayətlərin əksəriyyəti səhiyyə, təhsil, büdcə, əmlak, gömrük və ümumiyyətlə digər dövlət qurumları ilə bağlıdır. Onun sözlərinə görə, gün ərzində qaynar xəttə 40-50 şikayət daxil olur və bununla bağlı Baş Prokurorluq yaxın günlərdə açıqlama verəcək

Daha sonra K.Əliyev “yumurta korrupsiyası” ilə bağlı məsələyə toxunub: “Bununla bağlı hazırda istintaq işi davam edir. Sadəcə məhkəmə sirri gizli olduğu üçün mənim bunu deməyə hüququm yoxdur”.

İdarə rəisi seçki komissiyalarında korrupsiya olması ilə bağlı verilən sualı belə cavablandırıb: “Bu tam cəfəngiyyatdır, bununla bağlı bizə heç bir məlumat daxil olmayıb”.

Jurnalistlərin suallarını cavablandırıan K.Əliyev hərbi sahədə korrupsiya ilə bağlı şikayətin daxil olması haqda bildirib ki, bu məsələni Hərbi Prokurorluq.

Bununla yanaşı K.Əliyev QHT-lərlə əməkdaşlıq məsələsinə də toxunub: “Bizim onlarla gün ərzində görüşlərimiz olur, əməkdaşlıq əlaqələrimiz var. Burda əsas səbəb ondan ibarətdir ki, QHT-lərdə olan məlumatları əldə edirik. Həm də əhalinin maarifləndirilməsi ilə bağlı işlər gedir”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?