Modern.az

"İslamda mədəniyyət və gözəllik amili" beynəlxalq elmi-praktik konfrans keçiriləcək

"İslamda mədəniyyət və gözəllik amili" beynəlxalq elmi-praktik konfrans keçiriləcək

6 Noyabr 2009, 11:50

"Bakı – islam mədəniyyətinin paytaxtı 2009" ili çərçivəsində cari ilin 9-10 noyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə "İslamda mədəniyyət və gözəllik amili" adlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Modern.az

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, t

ədbirin rəsmi açılış mərasimi 9 noyabr tarixində saat 10.00-da AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində təşkil olunacaq.

Sözügedən tədbirdə doqquz ölkənin 15 elmi-tədqiqat və müvafiq ali təhsil müəssisələrinin iştirakı gözlənilir. Təmsil olunacaq ölkələr və müəssisələr sırasında Rusiya, Misir, Albaniya, İordaniya, Türkiyə, Macarıstanı, eyni zamanda Moskva Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Qahirə Universiteti, İstambul Universiteti, Mərmərə Universiteti, Ali-Beyt Universiteti kimi ali məktəbləri göstərmək olar.

Konfransın əsas istiqamətverici mövzuları "İslam mədəniyyətinin təşəkkülündə Azərbaycan ziyalılarının rolu", "İslamda harmoniya – dünya ilahiliyinin ifadəsidir", "İslam mədəniyyəti və ənənələrinin öyrənilməsində arxeoloji materialların rolu", "Azərbaycan folkloru islam kontekstində", "İslamda qadına verilən dəyər və qadın hüquqlarının müdafiəsi", "Müasir gəncliyin tərbiyəsində islamın rolu" olacaq. Konfrans zamanı müzakirə olunacaq məsələlər və səslənəcək məruzələr olduqca maraqlı və çoxşaxəli elmi fikir mübadilələrin aparılmasına zəmin yaradır.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi