Xəbər verdiyimiz, kimi Azərbaycan Mətbuat Şurası ilə Bakı Futbol Federasiyasının Azərbaycan furtbolunun 100 illiyi münasibətilə tədbirlər planı çərçivəsində Bakının jurnalistlərdən və polislərdən ibarət yığma komandaları arasında dostluq görüşü keçiriləcək.
Sabah saat 11.00-da “Şəfa” stadionunun əsas meydanında başlanacaq oyunu FİFA referesi Vüsal Əliyevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Artıq görüşə hazırlıq işləri yekunlaşıb, futbolçulara veriləcək mükafatlar müəyyənləşdirilib.
Komandalara Azərbaycan Mətbuat Şurasının xatirə kubokları, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Bakı Futbol Federasiyasının, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hədiyyələri təqdim olunacaq.
Bundan əlavə İctimai Televiziya və APA (Azəri-Press Agentliyi) ən yaxşı xətt oyunçularına təqdim olunmaq üçün xüsusi mükafatlar təsis ediblər. Komandalara Novruz xonçaları da veriləcək.
Modern.az