Modern.az

Nazirlikdə müşavirə keçirildi

Nazirlikdə müşavirə keçirildi

Təhsil

18 Mart 2011, 19:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, nazirlikdə yaz əkin kampaniyasının gedişatı ilə əlaqədər geniş müşavirə keçirilib.

İclasda Prezident İlham Əliyevin Bakı şəhər İcra Hakimiyyətində keçirdiyi müşavirədə səsləndirdiyi tapşırıqlara uyğun olaraq paytaxt və ətraf qəsəbələrdə abadlıq və yaşıllaşdırma tədbirlərinin götülməsi və eləcə də şəhərətrafı ərazilərdə meşə zolaqlarının salınması istiqamətində nazirliyin aidiyyəti strukturlarına müvafiq tapşırıqlar verilib.

Müşavirədə yaz mövsümü ilə əlaqədər nazirlik tərəfindən istər dağlıq və dağətəyi bölgələrdə, istərsə də düzən ərazilərdə, o cümlədən Bakı və Bakı ətrafı ərazilərdə yeni meşə əkini və yaşıllıqların salınması işlərinə artıq başlandığı bildirilib.

Qeyd edək ki, 2011-ci ilin yanvar ayından etibarən respublikanın regionlarında 393,5 hektar sahədə yeni meşə əkinləri salınıb, 1405 hektar sahədə meşə əkinlərinə xidmət, 1835 hektar sahədə isə suvarma işləri aparılıb. 8322 kiloqram əsas meşə əmələ gətirən cinslərdən ibarət toxum tədarük edilmişdir. Bakı və Bakı ətrafı ərazilərdə isə 74,4 hektar sahədə 108 000 ədəd dekorativ ağac və kol bitkisi əkilib.

Nazirliyin tabeli qurumlarının tinglik sahələrdə hazırda 18082 min ədəd müxtəlif çeşiddə əkin materialları mövcuddur. Qeyd edək ki, mövcud əkin materialları nəinki yeni meşə əkinlərinin salınmasına, həmçinin Bakı və Bakı ətrafı ərazilərin yaşıllaşdırılmasına olan təlabatı tam şəkildə təmin edəcəkdir.

Müşavirədə cari il ərzində Respublika ərazisində 10,5 min hektarda meşəbərpa tədbirlərinin aparılması, o cümlədən 3145 hektar sahədə yeni meşə əkinlərinin salınmasının nəzərdə tutulduğu qeyd olunub. Eyni zamanda, Bakı və Bakı ətrafı ərazilərdə 1000 hektar sahədə yaşıllıqların salınması, 500 000 paqonmetr uzunluğunda suvarma xətlərinin çəkilməsi və həmin əraziyə 1 milyondan çox ağacın əkilməsinin də proqnozlaşdırıldığı bildirilib.
Tədbirdə qeyd edilib ki, respublikanın bütün bölgələrində yaz mövsümü ilə əlaqədər meşəsalma işlərinə başlanılıb və 800 min ədəddən çox müxtəlif cinsli ağac və kol bitkiləri əkilib.

Hazırda yaz meşəsalma işləri intensiv olaraq davam etdirilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?