Modern.az

Avropa Komissiyası Azərbaycan şəhərinə “Merlər Sazişi”nə qoşulmağı təklif edib

Avropa Komissiyası Azərbaycan şəhərinə  “Merlər Sazişi”nə qoşulmağı təklif edib

6 Noyabr 2009, 11:57

Avropa Komissiyasının Energetika və Nəqliyyat üzrə baş direktorunun müavini Fabrisio Barbasonun dəvəti ilə Sumqayıt şəhərinin nümayəndə heyəti Belçika Krallığının Brüssel şəhərində səfərdə olub.
Modern.az xəbər verir ki, 3-5 noyabr tarixlərini əhatə edən səfər çərçivəsində nümayəndə heyəti Avropa Komissiyasının ”Merlər Sazişi” adlı təşəbbüsünə həsr olunmuş ilk iclasda iştirak edib. Tədbirdə Sumqayıt şəhərinin nümayəndə heyəti ilə yanaşı, Gürcüstan, Moldova və Ukrayna şəhərlərinin rəsmi nümayəndələri də iştirak ediblər. İclas zamanı “Bərk məişət tullantılarının idarəçiliyində Sumqayıt modeli” adlı təqdimat nümayiş etdirilib, metan qazının istehsalatda və təsərrüfatda istifadəsini nəzərdə tutan texnoloji prosesin konseptual əsasları barədə iştirakçı ölkələrə ətraflı məlumat verilib. Böyük marağa səbəb olan təqdimat barədə geniş fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Avropa Komissiyası 2008-ci ilin fevral ayında yerli idarəetmə orqanlarının karbon qazının azaldılmasında rolunun gücləndirilməsini nəzərdə tutan “Merlər Sazişi” adlı təşəbbüslə çıxış etmişdi. “Merlər Sazişi” təşəbbüsü cari ildə Azərbaycan Respublikasının da iştirakçısı olduğu yeni tərəfdaş ölkələr ilə Avropa İttifaqı arasında imzalanmış Şərq tərəfdaşlığı proqramının prioritet tədbirləri siyahısına daxil edilib. Hazırda bu təşəbbüsə Qərbi və Şərqi Avropanın 800-dən çox şəhəri qoşulub. “Merlər Sazişi” təşəbbüsünə yeni qoşulmaq istəyən ölkələr üçün 2010-cu ilin mart ayında imzaatma mərasiminin keçirilməsi nəzərdə tutulub.   
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir