Modern.az

Azərbaycan höküməti Yaponiyaya 1 mln. dollar yardım ayırıb

Azərbaycan höküməti Yaponiyaya 1 mln. dollar yardım ayırıb

Təhsil

18 Mart 2011, 19:11

Modern.az saytının məlumatına görə, bu gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Yaponiyada baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Yaponiya hökumətinə yardım göstərilməsi barədə sərəncam qəbul edib.

Nazirlər Kabinetinin qəbul etdiyi sərəncamda deyilir ki, Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Yaponiya hökumətinə yardım göstərilməsi məqsədi ilə Xarici İşlər Nazirliyinə 1 milyon ABŞ dollarının ekvivalenti məbləğində vəsait ayrılsın.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, Maliyyə və Xarici İşlər nazirliklərinə bu sərəncamda göstərilən vəsaitin müvafiq qaydada köçürülməsini təmin etməklə bağlı müvafiq  tapşırıqlar verilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?