Arxiv
16 Yanvar 2017, 16:45 | AKTUAL
"Torpaq uğrunda ölən varsa, Vətəndir" tədbiri keçirilib

Binəqədi rayonunda "Torpaq uğrunda ölən varsa, Vətəndir” mövzusunda tədbir keçirilib.

Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsindən Trend-ə verilən məlumata görə, yanvarın 13-də aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Fəxrəddin Qurbanlının doğum günü ilə əlaqədar Binəqədi rayonundan həqiqi hərbi xidmətə çağırılmış gənc çağırışçılar və rayonun fəal gəncləri şəhid Fəxrəddin Qurbanlının məzarını ziyarət ediblər.

Ziyarətdən sonra Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin, Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə keçirilən tədbir Binəqədi Mərkəzi Mədəniyyət Evində davam edib. Azərbaycanın Dövlət Himni ilə açıq elan olunan tədbirdə çıxış etmək üçün ilk söz şəhidin təhsil aldığı 179 nömrəli tam orta məktəbin direktoru Almaz İsmayılovaya verilib. Natiq çıxışında şəhidin məktəb illərindən söz açıb.

Tədbirdə çıxış üçün söz F.Qurbanlının atası Seyfəddin Qurbanova verilib. Şəhidin atası tədbirdə iştirak edən şəxslərə minnətdarlığını bildirərək, dövlətimizin şəhid ailələrinə qayğısından razılığını ifadə edib. Sonra çıxış üçün söz alan şəhidin təhsil aldığı Azərbaycan Universitetinin dekanı Aygün Musayeva, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Novruz Rəhimov və Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva nitqlərində şəhid Fəxrəddin Qurbanlının timsalında bütün şəhidlərin əbədi olaraq Azərbaycan xalqının qəlbində yaşayacağını vurğulayaraq, onların ailələrinə dərin hüznlə başsağlığı veriblər.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra şəhidin təhsil aldığı 179 nömrəli orta məktəbin istedadlı şagirlərinin ifasında bədii kompozisiya nümayiş olunub. Alqışların sədası ilə bitən kompozisiyadan sonra Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı səmimi hisslərini tədbir iştirakçıları ilə bölüşüb, sonra isə vətənpərvərlik ruhunda mahnılar ifa edib.

İfa olunan mahnıların müşaiyəti ilə Binəqədi rayonundan həqiqi hərbi xidmətə çağırılmış gənc çağırışçılar Azərbaycanın Dövlət Bayrağını öpərək hərbi xidmətə yola düşüblər.



Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Unudulmaz səslər: Erməniləri qəzəbləndirən, Mərkəzi Komitədən töhmət alan XALQ ARTİSTİMİZ 9 Dekabr 2019, 08:44 Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi, ana öldü 9 Dekabr 2019, 08:39 Erməni əsir və girovluğundakı azərbaycanlılar - 29 uşaq, 98 qadın, 112 qoca, 604 hərbçi...   9 Dekabr 2019, 08:23 Manat və dollar həftəyə bu məzənnə ilə başladı 9 Dekabr 2019, 08:21 Bakıda bacı və qardaş bıçaqlanıblar 9 Dekabr 2019, 08:20 Qızıl mədənində 4 fəhlə öldü 9 Dekabr 2019, 00:54 İtalyan nəşri Bakı aeroportundan yazdı 9 Dekabr 2019, 00:39 Qanunsuz yolla qaçmaq istəyən miqrantlar saxlanılıb 9 Dekabr 2019, 00:19 İş yerlərində bu qaydalara əməl edilməlidir - AGENTLİK 8 Dekabr 2019, 23:57 Tovuzda iki qadın dəm qazından zəhərləndi 8 Dekabr 2019, 23:34 Bakıda sürücü vurduğu lal piyadanı naməlum istiqamətə aparıb 8 Dekabr 2019, 23:15 Ukraynada sabiq prezidentə yumurta atdılar - VİDEO 8 Dekabr 2019, 22:50 SEPAH-ın düşərgəsi bombalandı: ölən və yaralanan var 8 Dekabr 2019, 22:32 Məktəb direktorunun qızı Bakıda özünü binadan atdı 8 Dekabr 2019, 22:13 İraqda saxlanılan 2,6 min etirazçı azadlığa çıxdı 8 Dekabr 2019, 21:46 Lənkəranda 3 bal gücündə zəlzələ oldu 8 Dekabr 2019, 21:35 Hava limanı yolunda ağır qəza tıxaca səbəb oldu 8 Dekabr 2019, 21:02 Dövlət satınalmalarında  ciddi islahatlara ehtiyac var 8 Dekabr 2019, 20:49 ABŞ-la İran saxladıqları girovları dəyişdirdi - FOTO 8 Dekabr 2019, 20:32 Bakıda 36 yaşlı kişi mənzilində ölü tapıldı 8 Dekabr 2019, 20:16 Sürücülərə XƏBƏRDARLIQ: bu yollarda sürət həddi endirildi 8 Dekabr 2019, 20:01 Litvada idman təyyarəsi qəzaya uğrayıb 8 Dekabr 2019, 19:31 Keniyada ölənlərin sayı 7-yə çatdı 8 Dekabr 2019, 19:26 Daşqınlar zamanı 22 nəfər ölüb 8 Dekabr 2019, 19:00 Beynəlxalq Avtovağzal yaxınlığında avtomobil yanır 8 Dekabr 2019, 18:30 Valideynləri azyaşlı uşaqlara işgəncə verib - FOTOLAR 8 Dekabr 2019, 17:48 Astarada ev yanıb, 57 yaşlı kişinin yanmış meyiti tapılıb 8 Dekabr 2019, 17:36 Aftandil Hacıyev: "10 oyun qalib gəlməmək böyük problem deyil" 8 Dekabr 2019, 17:31 Qusarda 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb 8 Dekabr 2019, 17:17 İranda 15 min 618 deputatlığa namizəd qeydə alınıb 8 Dekabr 2019, 16:44 Azərbaycan ağırlıqqaldıranı ikinci dəfə Avropa çempionu olub 8 Dekabr 2019, 16:08 Həmkarı Yevda Abramovdan yazdı 8 Dekabr 2019, 16:02 Azərbaycan taekvondoçuları Avropa birinciliyində 7 medal qazanıb 8 Dekabr 2019, 15:33 Yevda Abramov dəfn olundu - YENİLƏNİB - FOTOLAR 8 Dekabr 2019, 15:09 Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verib 8 Dekabr 2019, 14:57
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?