Modern.az

Azərbaycanla Avropa İttifaqı arasında mühüm danışıqlar BAŞLAYIR

Azərbaycanla Avropa İttifaqı arasında mühüm danışıqlar BAŞLAYIR

17 Yanvar 2017, 12:08

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar yaxın iki həftə ərzində Brüsseldə başlayacaq.

Modern.az saytının məlumatına görə, bunu jurnalistlərə Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

 

O qeyd edib ki, tərəflər yaxın günlərdə müzakirələrə başlayacaqlar: "Hazırda bu çox əhəmiyyətli saziş üzrə danışıqların başlamasına hazırlıq gedir: "Saziş ikitərəfli əməkdaşlığın, demək olar, bütün sahələrini əhatə edəcək"

 

O, həmçinin Aİ ilə və Azərbaycan arasında növbəti biznes-forumun yazda Bakıda keçiriləcəyini də deyib. 

 

M.Mard bildirib: "Biz Azərbaycanda Avropa biznesinin imkanlarını müzakirə etmək niyyətindəyik. Biz, həmçinin bundan əvvəl ikitərəfli görüşlərdə toxunulmuş əməkdaşlıq məsələlərində irəliləyişə baxacağıq".

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır