Modern.az

Abunəçilər təhlükəsiz internetdən yararlanacaq

Abunəçilər təhlükəsiz internetdən yararlanacaq

Aktual

18 Yanvar 2017, 13:09

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) müxtəlif yaş qruplarına aid istifadəçilər üçün “Təhlükəsiz internet” adlı layihəyə  başlayır.

 

Nazirlikdən Modern.az-a verilən məlumatda qeyd olunur ki, müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi və sürətli inkişafı  nəticəsində internet insan fəaliyyətinin bütün sahələrinə nüfuz edib.

 

Nəhəng informasiya resursu rolunu oynayan interneti heç də hər zaman faydalı məlumat mənbəyi hesab etmək olmaz. Virtual mühitdə zərərli məlumatlarla qarşılaşmaq qaçılmazdır.

 

Bunu nəzərə alaraq, istifadəçiləri İnternet təhlükələrindən qorumaq məqsədi ilə “Bakinternet” abunəçilərinə geniş seçim imkanları yaradan filtrləmə xidməti istifadəyə veriləcək. Bu xidmət fəal veb istifadəçiləri olan uşaq və yeniyetmələrin təlim-tədris prosesində, eləcə də gənclərin tədqiqat fəaliyyətində informasiya axınının təhlükə dərəcəsini qiymətləndirməyə, şəbəkənin faydalı tərəfini önə çəkməyə imkan verəcək.

 

BTRİB-in təqdim etdiyi xidmət nəticəsində valideynlər, azyaşlılara ciddi psixoloji zərər yetirə biləcək zorakılıq, irqçilik, ekstremizm və aqressivlik təbliğ edən oyun, film və digər kontentlərin əks olunduğu saytlara nəzarət edə biləcəklər. Təhlükəsiz internet layihəsinin tətbiqi ilə nəinki azyaşlıların, eləcə də böyüklərin arzuolunmaz məzmunlardan, videoreklamlar, fişinq və viruslu saytlardan qorunması mümkün olacaq.

 

Namidə BİNGÖL

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi