Modern.az

Milli Oftalmologiya Mərkəzinin direktorundan etiraz: "Xəstələri əməliyyat edə bilmirik"

Milli Oftalmologiya Mərkəzinin direktorundan etiraz: "Xəstələri əməliyyat edə bilmirik"

18 Yanvar 2017, 13:27

“Gözün buynuz qişasının toxumalarının Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulduğundan xəstələri əməliyyat edə bilmirik. Buna görə də hazırda 2987 xəstə gözləyir. Onların vaxtı gedir, əməliyyat olunmalıdır, çünki onlar zamanında əməliyyat olunmazlarsa, görmə qabiliyyətlərini itiriə bilərlər”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin iclasında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov deyib.

 

O qeyd edib ki, bu məhdudiyyətin aradan qaldırılması müsbət amil ola bilər:

 

“Həmin xəstələrin 70 faizi gənclərdir. Müəyyən qurumlar var ki, xəstələri toplayıb xarici ölkələrə əməliyyata aparır. Onlar ölkəyə gəldikdən sonra fəsadlar yaranır. Çünki həmin xəstələr ambulator müayinədən keçməlidirlər”.

O bildirib ki, Azərbaycan bu əməliyyatlar pulsuz həyata keçirilir. Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev isə deyib ki, Azərbaycanda da buynuz qişa toxumasının dünyasının dəyişən şəxslərdən də götürmək olar, amma bunun üçün xüsusi klinikaların olması vacibdir:

 

“Hələlik isə bu toxumanın Azərbaycana gətirilməsi ilə bağlı məhdudiyyət aradan qaldırılmalıdır. Bunun üçün Gömrük Məcəlləsinə dəyişiklik edilməlidir. Çünki həmin toxumalar gömrük keçid məntəqələrindəki rentgen aparatından keçirilə bilməz. Toxuma aparatdan keçirildikdən sonra fuknksiyasını itirir”.

 

Komitə sədri Əhliman Əmiraslanmov qeyd edib ki, bu məhdudiyyət aradan qaldırılmalıdır.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir