Modern.az

Hacı Əbdülün vəziyyəti ağırlaşdı

Hacı Əbdülün vəziyyəti ağırlaşdı

18 Yanvar 2017, 13:36

“Bir neçə müddət bundan qabaq, qəfildən ürəyimdə problem yarandı. Ona görə də İrana getməli oldum”. Bunu Modern.az-a açıqlamasında “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül deyib.

O bildirib ki,  ürəyindəki problemdən başqa, heç nəyi düşünmür.

“Ürəyimdə qəfil narahatlıq yarandı. 10 gün olar ki, İranda müalicə alırdım. İranlı həkimlər bir dərman yazıblar. Dediklərinə görə, bu dərmanla ürəyimdəki problem aradan qalxacaq. Görək necə olacaq. Bu dəqiqə heç nə barədə düşünə bilmirəm. Bu il Həcc ziyarətinə gedib-getməyəcəyim barədə də heç bir fikrim yoxdur. Ürək problemim həll olunsun, qalan məsələləri yoluna qoymaq olar”.

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi