Modern.az

Jurnalistlər imtahanları izlədilər, Nurlana Əliyeva ilə görüşdülər

Jurnalistlər imtahanları izlədilər, Nurlana Əliyeva ilə görüşdülər

Aktual

18 Yanvar 2017, 14:58

18 yanvar 2017-ci il tarixdə imtahan sessiyasının gedişi ilə tanış olmaq üçün Modern.az saytının rəhbəri Elşad Eyvazlı, bakıpost.az  saytının rəhbəri Elçin Zahiroğlu, pressday.az saytının rəhbəri Azər Hüseynbala, faktinfo.az saytının əməkdaşı  Fuad İsgəndərov, Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov,  Azadinform.az saytının əməkdaşı Rüstəm Əliyev, faktor.az –ın redaktoru İntiqam Yaşar,  “Azərbaycan müəllimi” qəzetinin müxbiri Rəşad Ziyadov Bakı Slavyan Universitetində(BSU) olublar.

Media nümayəndələrini ilk olaraq imtahan qərargahının rəhbəri, BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov qarşılayaraq, qərargahın fəaliyyəti barədə onlara ətraflı məlumat verib.

R.Novruzov imtahanların obyektivliyinin və şəffaflığının təmin edilməsi məqsədilə  qərargah üzvləri sırasında professor-müəllim heyəti ilə yanaşı, tələbə və valideynlərin də təmsil olunduğunu jurnalistlərin diqqətinə çatdırıb. O, qərargaha daxil olan şikayətlərə dərhal baxıldığını və tələlərin öz iştirakı ilə qiymətləndirilmə aparıldığını bildirib.

Sonra BSU-nun rektoru professor Nurlana Əliyevanın  iştirakı ilə jurnalistlər universitetin ayrı-ayrı auditoriyalarında keçirilən imtahanların gedişatı ilə tanış olublar.  Media nümayəndələri tələbələrlə dialoqda onları  narahat edən problemlərin olub-olmaması ilə maraqlanıblar. Bütün auditoriyalarda tələbələr onlara yaradılan şəraitdən razılıq edərək, imtahana heç bir kənar müdaxilınin olmadığını bildiriblər.

Jurnalistlər auditoriyaların müasir standartlara cavab verməsini, imtahanların şəffaflığının təmin edilməsi məqsədilə auditoruiyalara video- kameralar vasitəsi ilə nəzarət edilməsini, ağıllı elektron yazı lövhələrin quraşdırılmasını, obyektivliyin qorunması üçün tələbələrdən mobil telefonların yığılmasını yüksək qiymətləndiriblər.

İmtahanların gedişi ilə tanışlıqdan sonra BSU-nun rektoru Nurlana Əliyeva jurnalistləri çay süfrəsi arxasına dəvət edərək, onlarla səmimi söhbət edib. Söhbət zamanı  rektor mozaikaların sökülməsi, təmirə sərf olunan vəsait və s. barədə sualları cavablandırıb. N.Əliyeva sonda jurnalistlərdən obyektivliyi gözləməyi xahiş edib.

Görüşün sonunda media nümayəndələri səmimi görüş üçün rektor N.Əliyevaya təşəkkürlərini bildiriblər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?