Modern.az

Sevil Nuriyeva “Star”da köşə yazacaq

Sevil Nuriyeva “Star”da köşə yazacaq

21 Mart 2011, 19:53

Türkiyənin məşhur “Star” qəzeti yeni format və loqo ilə “Yeni Türkiyənin qəzeti” şüarı ilə oxucuya təqdim edilib.
İllərin qəzeti olan “Star” Türkiyənin məşhur yazarları olan Ergen Babahan, Mustafa Karaalioğlu, Mehmet Metiner, Sedat Laçiner, Mustafa Akyol kimi yazarlarla birlikdə, dünya çapında tanınan Robert Fisk, Tany Karon, Fehmi Hüveydi kimi yazar və analitiklərin də köşələrini oxuculara təqdim edir.
Yaxın və Orta Şərq, Qafqaz, Balkanlar, Afrika analizlərinə daha çox yer ayıran qəzet, yeni formatında Qafqaza, İran, Rusiya və Türk dünyasına da geniş yer verəcək.
Bu yazarlarla birlikdə bölgəmiz və Türk dünyası ilə,  Qafqazla baglı yazıları “”Star”da Azərbaycanın tanınmış jurnalisti, həmçinin Asiya Dialoqu İçtimai Birliyi və Qafqaz Media Mərkəzinin başqanı Sevil Nuriyeva köşə yazarı olaraq təqdim edəcək.
Azərbaycanın sevilən jurnalistinin səsinin “Star”dan da eşidilməsi bizim üçün qürurverici haldır. Bütün layihələrində başarılı olan,  intellekti və milli duruşu ilə daim xalqın sevgisini qazanan Sevil xanıma bu layihədə də ugurlar arzu edir və milli maraqlarımızın müdafiəsində ləyaqətli mövqe sərgiləyəcəyinə əminliyimizi bildiririk.
Sevil xanımın yazılarını Starqazete.com-un yazarlar bölumunden izləyə bilərsiniz. 

Modern.az  

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir