Modern.az

Medvedev Putini kəskin tənqid edib

Medvedev Putini kəskin tənqid edib

21 Mart 2011, 20:35

Rusiya prezidenti Dmitri Medvedev ilk dəfə baş nazir Vladimir Putini kəskin tənqid edib. O, bəyan edib ki, Liviyadakı vəziyyətlə bağlı "xaç yürüşləri" kimi ifadələrin işlədilməsi qəbulolunmazdır. Prezidentə görə, belə ifadələrin işlədildiyi təqdirdə hər şey hətta olduğundan belə pis qurtara bilər. (BBC)

Bundan əvvəl isə baş nazir Putin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsini özünəməxsus "xaç yürüşünə çağırış" kimi səciyyələndirmişdi.

Moskvada deyirlər ki, Rusiya bu qətnaməyə səs verməyib. Ancaq Rusiya öz veto hüququndan da istifadə etməyib və bu, şərhçilərə görə, Moskvanın sözdə tənqid etdiyi Qərbin tərəfində olmasını göstərir.

Rusiyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, Liviyada koalisiya qüvvələrinin seçimsiz qüc işlədilməsinə son qoyulmalıdır.
Moskvada qeyd olunur ki, koalisiya qüvvələrinin zərbələri nəticəsində Liviyada dinc əhali xəsarət çəkib.

Baş nazir Vladir Putin öz növbəsində bu gün koalisiya qüvvələrinə Liviyaya qarşı silahlı əməliyyat başlamağa imkan verən BMT qətnaməsini belə qiymətləndirib: "BMT Təhlükəsizlik Şurasının qətnaməsi natamam və zərərlidir. Əgər burada yazılana baxsaq, görərik ki, o hamıya suveren dövlətə qarşı istənilən hərəkətlərə icazə verir. Bu mənə orta əsrlərdə olan xaç yürüşünə çağırışı xatırladır. Yeri gəlmişkən bildirirəm ki, bu qətnaməyə Rusiya səs verməyib"-,deyə Vladimir Putin bildirib.

Rusiya Dumasında Liviyadakı hadisələrlə bağlı xüsusi bəyanat hazırlanır. Dumanın xarici əlaqələr komitəsinin başçısı Konstantin Kosaçov bildirib ki, qətnamə artıq Liviyanın mülki əhalisinin müdafiə olunması üçün yox, Qəddafi rejiminin devrilməsi üçün istifadə olunur. Bu isə Kosaçova görə, ölkənin daxili işlərinə qarışmaq deməkdir.

Bu arada mətbuata görə, BMT qətnaməsi qəbul olunanda Rusiya ümumən başa düşürdü ki, iş hərbi müdaxiləylə bitəcək. Ancaq o Təhlükəsizlik Şurasının daimi üzvü kimi veto hüququndan istifadə etmədi. O sadəcə bitərəf qaldığını bəyan etdi. Şərhlərə görə, Moskva açıq-aşkar pis ad çıxarmış Qəddafi rejimini dəstəkləmək istəmir.

Habelə Moskva ümid edir ki, Liviyada hakimiyyətə gələcək mümkün yeni rəhbərlik Rusiyayla münasibətlərində Moskvanın BMT qətnaməsinə veto qoymadığını nəzərə alacaq və artıq qüvvədə olan Liviya - Rusiya hərbi-iqtisadi müqavilələrini yerinə yetirəcək.

Bu arada Moskva hərbi əməliyyatı tənqid etməkdən yayınmır, belə özünəməxsus ikiliyi Rusiyalı ekspert Vadim Sementsov bu cür izah edir:  
"Ola bilsin indiki Rusiya hakimiyyətinin ideologiyasında hazırkı status-kvonu hər yolla saxlamaq istəyi durur. Odur ki, Rusiya ərəb dünyasında vəziyyətin əsaslı dəyişməsini istəmir. Onun burada çox sıx münasibətləri var. Elə götürək vəziyyətin gərginləşdiyi Suriyanı, onun bu ölkəylə də əsaslı münasibətləri var",-deyə Sementsov qeyd edib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir