Modern.az

Xanım deputat özünü tribunaya qandalladı - VİDEO

Xanım deputat özünü tribunaya qandalladı - VİDEO

Dünya

19 Yanvar 2017, 22:16

Türkiyə Böyük Millət Məclisinin (TBMM) bu gün keçirilən iclasında gərgin anlar yaşanıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Ankaradan seçilən bitərəf deputat Aylin Nazlıaka özünü parlamentin tribunasına qandallayıb:

“Dayana bildiyim qədər burada qalacağam. Cümhuriyyət dəyərlərinin yox edilməsinə qarşıyam, Konstitusiya dəyişikliyinə etiraz olaraq özümü kürsüyə qandalladım”.

Bundan sonra isə məclisdə qalmaqal yaranıb. Vəziyyətin gərginləşdiyini görən spiker iclasda fasilə elan edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı