Modern.az

Obamanın prezident kimi SON ZƏNGİ

Obamanın prezident kimi SON ZƏNGİ

20 Yanvar 2017, 15:35

Barak Obama ABŞ prezidenti kimi son zəngini Almaniyanın kansleri Angela Merkelə edib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, o, Amerika dövlətinin rəhbəri postunda sonuncu günündə dostluğa və Almaniya ilə ABŞ arasında münasibətlərin dərinləşməsinə, eləcə də beynəlxalq arenadakı liderliyə görə Merkelə təşəkkürünü bildirib.

Obama Merkelin əri Yoahim Zauerlə də danışaraq dəstəyə görə ona da minnətdarlıq edib.

ABŞ-ın birinci ledisi Mişel Obama da söhbətə qoşulub.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir