Modern.az

"Oğru dünyası" ilə əlaqədə olan "Bakı"nın sabiq futbolçusuna 6 il iş kəsildi

"Oğru dünyası" ilə əlaqədə olan "Bakı"nın sabiq futbolçusuna 6 il iş kəsildi

23 Mart 2011, 20:06

Gürcüstanda həbs olunan məşhur futbolçu Gerorgi Demetradzeyə məhkəmə iş kəsib. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki,  2010-cu ilin yayında saxlanılan futbolçu “oğru dünyası” isə əlaqədə təqsirləndirilir. Məhkəmənin qərarı ilə Gerorgi Demetradze 6 azadlıqdan məhrum edilib. Demetradzenin ittiham olunduğu iş üzrə daha iki nəfərə iş kəsilib.

Futbolçunun vəkili məhkəmə qərarından şikayət edəcəklərini bildirib.

Georgi Demetradze 2010-cu ilin iyulunda Gürcüstanın terror əleyhinə mərkəzinin əməkdaşları tərəfindən həbs olunub. O, kriminal aləmlə əlaqələrdə və gizli totalizatorda iştirakda ittiham olunurdu. O, “oğru dünyası”nın qanunları ilə işləyən şəxslərlə bir yerdə totalizatorda məğlub olan müştərilərdən pul qoparırmış. Söhbət 100 minlərlə dollardan gedir. Demetradze eləcə də onunla birgə tutulan David Qaqnidze və Kaxa Misirelli dünya çempionatının gedişində qeyri-leqal pul qoyuluşları qəbul ediblər. Tutulan şəxslər David Peikrişvili adlı şəxsdən 140 min dollar udublar. Uduzandan pul qoparmaq üçün onlar Ukraynada yaşayan qanuni oğru Vato Kipianiyə müraciət ediblər. Kipiani də Gürcüstandakı bəzi şəxslərlə əlaqə quraraq, qurbandan pulu qoparıb və bu pulun bir hissəsi oğru “obşak”ına qoyulub. Qeyd edək ki, Georgi Demetradze son 10 ildə Gürcüstanın aparıcı klublarında, eləcə də “Feyenord” (Hollandiya), “Alaniya”, “Lokomotiv” (Rusiya), “Dinamo” Kiyev, “Metallurq” Donetsk, “Arsenal” (Ukrayna), “Real-Sosyedad” (İspaniya), “Makkabi” Təl-Əviv (İsrail) klublarında forma geyinib. 2008-ci ilin sentyabrında Azərbaycanın “Bakı” klubu ilə 2 illik müqavilə bağlayan gürcüstanlı forvard cəmi bir mövsüm sonra komandanı tərk edib. Bundan sonra 34 yaşlı futbolçu həbs olunanadək Tsxinvalinin “Spartak” komandasında oynayıb. Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat