Vaşinqtonda prezident Tramp əleyhinə keçirilən etiraz aksiyası iştirakçıları arasında saxlanılanlar var. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, indiyədək təxminən 90 nəfər saxlanılıb. Toqquşmalar inauqurasiya paradının keçdiyi On ikinci küçədə və L-strit ərazisində baş verib. Etirazçılar asayiş keşikçilərinə butulka və zibil atıblar. Polis onlara qarşı gözyaşardıcı qaz və səsli qumbaralardan istifadə edib.
Qeyd edək ki, şəhər mərkəzindəki qarışıqlıqlar nəticəsində iki polis əməkdaşı xəsarət alıb.
Modern.az