Modern.az

“Arvadımla daha çox bir yerdə olmaq istəyirəm”

“Arvadımla daha çox bir yerdə olmaq istəyirəm”

21 Yanvar 2017, 15:33

Barak Obama artıq ABŞ tarixində keçmiş prezidentdir. Yanvarın 20-də Donald Trampın inauqurasiya mərasimindən sonra yığışlanıb Ağ evi tərk etdi.

Obama ailəsi ilə Kaliforniyadakı rezidensiyasına yerləşib. ABŞ-ın keçmiş prezidentləri, adətən bu yüksək postdan gedəndən sonra da gündəmdən düşmürlər.

44-cü prezident necə gündəmə gələcək?

Modern.az xəbər verir ki, Obama Ağ evi tərk etmək ərəfəsində bundan sonrakı bir ilini ailəsinə həsr etmək, lakin vətəndaş kimi qalmaq istədiyini deyib.

“Mənə lazım olan əldə etdiyim əla təcrübəni dərk ütmək üçün vaxtdır. Həyat yoldaşımla daha çox bir yerdə olmaq istəyirəm. Tezliklə toyumuzun 25 ili tamam olacaq. Daha çox yazmaq və daha az danışmaq istəyirəm. Qızlarımla daha çox vaxt keçirmək istəyirəm. Bunlar mənim gələcək məşğul olmaq niyyətlərimdir”, - keçmiş dövlət başçısı vurğulayıb.

Bununla belə, o qeyd edib ki, bundan sonra hansısa siyasi yarışda istirak etməsə də, ABŞ-ın vətəndaşı olmaqdan geri qalmayacaq.

Obama onu da xüxusilə vurğulayıb ki, övladlarından heç biri siyasətlə məşöul olmağa hazırlaşmır.

Barak və Mişel Obama 1992-ci ildə evləniblər. Onları iki qız – 18 yaşlı Maliya və 15 yaşlı Saşanı böyüdürülər.

Böyük qız 2016-cı ildə məktəbi bitirib və gar year (sərbəst il) adlandırılan fasilə götürüb. O, qəbul olunduğu Harvard Universitetində oxuyacaq.

Modern.az

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir