Modern.az

Runi “Mançester Yunayted” tarixinin ən yaxşı bombardiri oldu

Runi “Mançester Yunayted” tarixinin ən yaxşı bombardiri oldu

21 Yanvar 2017, 21:57

Hücumçu Ueyn Runi “Mançester Yunayted” tarixinin ən yaxşı bombardiridir. Modern.az xəbər verir ki, ingiltərəli ölkə çempionatının 22-ci turunda “Stok Siti” ilə oyunun 93-cü dəqiqəsində qol vurmaqla komandasının məğlubiyyətdən xilas edib.  Oyun 1:1 başa çatıb.

Bu Runi üçün “Mançester Yunayted”in heyətində 250-ci qol olub.

Runi bu göstəriciyə görə öz həmyerlisi Bobbi Çarltonu geridə qoyub. Çarlton bu komandanın heyətində 1954-cü ildən 1973-cü ildək çoxış edib və 249 dəfə fərqlənib.

31 yaşlı Runi “Mançester Yunayted”ə Liverpulun “Everton” klubundan 2004-cü ildə keçib.

O, ötən illərdə bu komanda ilə 5 dəfə Premyer-liqanın qalibi olub. Bundan əlavə, İngiltərə Kubokunu və Çempionlar Liqasını qazanıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı