Modern.az

Səhiyyə Nazirliyi "donuz qripi" ilə bağlı yaddaş kitabçası hazırlayıb

Səhiyyə Nazirliyi "donuz qripi" ilə bağlı yaddaş kitabçası hazırlayıb

6 Noyabr 2009, 15:17

Azərbaycanda A(H1N1) virusuna-"donuz qripi"nə yoluxama riskinin artması sSəhiyyə Nazirliyini bu xəstəliyə qarşı profilaktik tədbirlərin miqyasını genişləndirməyə məcbur edib. Modern.az xəbər verir ki, Səhiyyə Nazirliyi "donuz qripi" barədə əhalini maarifləndirmək məqsədilə "Pandemik qrip (H1N1)-2009" adlı yaddaş kitabçası buraxıb. Kitabçada özünü və ətrafdakıları necə qorumaq qaydaları, A(H1N1) virusunun əlamətləri qeyd olunub. Nazirliyin mətbuat xidmətindən saytımıza bildirilib ki, yaddaş kitabçası qısa zaman ərzində əhali arasında yayılacaq.
Qeyd edək ki, hazırda Azərbaycanda xəstəliyə yoluxmuş 3 nəfər var və onlar nazirliyin nəzarəti altında  müalicə olunurlar.
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına əsasən dünya üzrə 415 mindən çox adam "donuz qripi"nə yoluxub, 5 mindən çox xəstə isə bu xəstəlikdən ölüb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı