Modern.az

Trampla xanımı arasında soyuq münasibətlər var - Ekspertlərdən maraqlı TƏHLİL

Trampla xanımı arasında soyuq münasibətlər var - Ekspertlərdən maraqlı TƏHLİL

25 Yanvar 2017, 11:52

Donald Tramp ABŞ- ın yeni prezidenti kimi and içdikdən sonra xanımı Melaniya Trampla etdiyi rəqs bədən dili ekspertlərinin müzakirə mövzusuna çevrilib.

 

Modern.az saytının “İndependent”ə istinadən verdiyi məlumata görə, ekspertlərin qənaətincə, Ağ Evin yeni rəhbəri ilə xanımı arasında münasibətlər heç də göründüyü kimi yaxşı deyil.

 

Bir çox müşahidəçi Tramp cütlüyünün məxsusi olaraq Obama cütlüyü ilə müqayisəsini aparıb. Onların fikrincə, Tramp cütlüyü arasında soyuq münasibətlər özünü büruzə verir.

“Mən onlar arasındakı əlaqələrdə heç bir səmimiyyət, həqiqi sevgi görmürəm”. Bunu ABŞ rəsmi idarələri və yüksək səviyyəli hüquqşünaslar üçün bədən dili təlimi keçən Suzan Konstantin bildirib. 

 

O əlavə edib ki, Donald Tramp və Melaniya Trampın evli olmasından məlumatsız insanlar ilk baxışda onların cütlük olmadığı qənaətinə gələcəklər.

 

Digər ekspert Patti Vud isə deyib ki, prezidentin xanımı ilə rəqsinə baxmayaraq, onlar arasında balanslaşdırılmamış  səciyyəvi münasibətlər sezilib.

 

“Maraqlıdır ki, Tramp xanımına kömək etmək və əlindən tutmaq əvəzinə avtomobilindən endi, pilləkənləri qalxdı və hətta geriyə dönüb ona baxmadı”-deyə Patti Vud bildirib..

 

Aqşin KƏRİMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir